Hər bir atletin apellyasiya şikayəti vermək hüququ var.
Beynəlxalq Olimpiya Komitəsi (BOK) Lozanna sammitində bütün rusiyalı atletlərin beynəlxalq yarışlardan kənarlaşdırılması haqqında qərarı dəstəkləyib.
Qaynarinfo.az xəbər verir ki, bu barədə beynəlxalq olimpiya komitəsinin rəhbəri Tomas Bax bildirib. Onun sözlərinə görə, sanksiyalar təkcə dopinq aşkarlanmış idmançılara deyil, eləcə də qanunları pozan digər rəsmilərə və həkimlərə də aid edilməlidir.
Rusiya Yüngül Atletika Federasiyası (RYAF) qərara etiraz olaraq Beynəlxalq Yüngül Atletika Fedarasiyaları Assosiasiyasını (BYAFA) Lozanna İdman Arbitraj Məhkəməsinə verməyi planlaşdırır. Hər bir atletin isə apellyasiya şikayəti vermək hüququ var.
Rusiya Dövlət Duması isə idmançıların beynəlxalq yarışlardan kənarlaşdırılmasının dopinqlə əlaqələndirilməsini qəbul etməyib və bunu "tarixin zibilliyində olan siyasi silah" adlandırıb.
İyunun 17-də BYAFA rusiyalı atletlərin dopinqdən çoxsaylı istifadə halları ilə əlaqədar RYAF-nı və rusiyalı atletləri beynəlxalq yarışlardan kənarlaşdırmaqla bağlı qərarını qüvvədə saxlayıb.
Bundan əvvəl BOK rəhbəri Tomas Bax Rusiya yığmasının ümumilikdə Rio-de-Janeyroda keçiriləcək Yay Olimpiya Oyunlarından kənarlaşdırılması variantını mümkün sayıb.
Qaynarinfo.az