Xəbər lenti

Rusiyanın “Alfa-Bank”ının törəmə şirkəti müflis elan edildi
Ekonomiks11:23 24.04.2022

Rusiyanın “Alfa-Bank”ının törəmə şirkəti müflis elan edildi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Hollandiyada sanksiyaya məruz qalan Rusiyaya məxsus "Alfa-Bank"ın törəmə şirkəti Amsterdam Ticarət Bankı (ATB) müflis elan edilib.
Qaynarinfo "Reuters"ə istinadən xəbər verir ki, bu barədə Hollandiya Mərkəzi Bankı (DNB) Amsterdam Rayon Məhkəməsinin qərarına istinadən məlumat yayıb.
Hollandiya Mərkəzi Bankının açıqlamasında bildirilir ki, ATB əmanətçiləri Hollandiyanın Əmanətlərə Zəmanət Sxemi çərçivəsində hər biri 100.000 avroya qədər pul alacaqlar.
DNB xəbər verir ki, bankın, əksəriyyəti holland və 6 min alman olmaqla 23 minə yaxın müştərisi olub.
Hollandiya Ticarət Palatasındakı sənədlərə görə, ATB Bankın son benefisiar sahibi sanksiyaya məruz qalan rusiyalı milyarder Mixail Fridmandır.
ATB-nin bəyanatında deyilir: "Böyük Britaniya və ABŞ sanksiyaları ATV-nin əksər tərəf-müqabilləri, o cümlədən müvafiq banklar və infrastruktur provayderləri ATB-yə dəstəyi davam etdirməkdə çətinlik çəkdiyindən əməliyyatda problemlər yaradıb.
FD qəzeti daha əvvəl ATB-nin sahiblərinin bankı satmaq istədiklərini və əmanətçilərin digər Avropa banklarının sanksiyaya məruz qalmaq qorxusundan ATB-dən köçürmələri qəbul etmək istəmədiyini aşkar etmişdi.
"Kiçik bank əvvəllər ticarətin maliyyələşdirilməsi ilə tanınırdı, lakin son illərdə kiçik və orta şirkətlərin kreditoru olmağa çalışır", - agentlik əlavə edir.
Xatırladaq ki, ABŞ G7 və Aİ ilə birlikdə Rusiya prezidenti Putinin qızlarına, Rusiyanın ən böyük bankları Alfa Bank və Sberbank-a qarşı yeni sanksiyalar tətbiq edib və Rusiyaya bütün yeni investisiyaları qadağan edib.
Aİ və Böyük Britaniya Alfa Group-un ortaq sahibləri Mixail Fridman və Petr Avenə qarşı sanksiyalar tətbiq edib.
Ukraynanın "Alfa-Bank"ı Mixail Fridman və Petr Avenin səhmləri üzərində hüquqlar almalı olan qəyyum axtarışını davam etdirir. Ukrayna Milli Bankı bu səhmdarları səsvermə hüquqlarından məhrum edib.
Alpər