Xəbər lenti

Rusiyanın hərbi gəmiləri Bakıya gəldi (VİDEO)
Ölkə15:43 23.07.2017

Rusiyanın hərbi gəmiləri Bakıya gəldi (VİDEO)

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Azərbaycanın Xəzər dənizindəki ərazi sularında keçiriləcək "Dəniz Kuboku - 2017" beynəlxalq yarışlarında iştirak etmək məqsədilə Rusiya Hərbi Dəniz Donanmasının Xəzər flotiliyasının "Qrad Sviyajsk" kiçik raket gəmisi və "SB-45" xilasetmə yedək gəmisi iyulun 23-də Bakıya gəlib.

Müdafiə Nazirliyindən "Qaynarinfo"ya verilən məlumata görə, Azərbaycan, Rusiya, İran və Qazaxıstan hərbi gəmilərinin iştirak edəcəyi yarışlar avqustun 1-dən 11-dək keçiriləcək.

Qaynarinfo.az