Xəbər lenti

Rusiyaya 117 milyon dollara çıxış imkanı verildi
Ekonomiks12:47 18.03.2022

Rusiyaya 117 milyon dollara çıxış imkanı verildi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
"Hazırda Rusiyaya qarşı tətbiq edilən sanksiyaların çərçivəsi imkan yaradır ki, may ayına qədərki müddətdə Moskva bəzi ödənişləri həyata keçirə bilsin”.
Bunu Qaynarinfo-ya açıqlamasında İqtisadi və Sosial İnkişaf Mərkəzinin rəhbəri Rəşad Həsənov Bloomberg agentliyinin sanksiyaların tətbiqinə rəğmən, Rusiyaya avrobond üzrə 117,2 milyon dollar ödəməyə icazə verildiyi barədə yaydığı məlumatı şərh edərkən deyib:
"Sanksiyalar tətbiq olunsa da, bu istiqamətdə bəzi qərarlar parlamentdən keçərək təsdiqini tapmalı, sonra qüvvəyə minməlidir. Bəzi müqavilələrdə isə göstərilir ki, tərəflər müqaviləni yalnız 3 ay öncədən xəbərdarlıq etməklə poza bilər. Bu isə o deməkdir ki, müqavilənin pozulacağı indi bəyan edilirsə, o ancaq 3 ay sonra qüvvəyə minəcək. Məhz bu kimi hallarla əlaqədar hələlik Rusiyanın kiçik ödənişlərinə icazə verilir. 117 milyon nədir ki? Azərbaycanda bir sıra məmurlar bu rəqəmdən dəfələrlə çox pula sahibdir. Belədə Rusiyanın may ayına qədər bu ödənişləri həyata keçirmək imkanları var. Bu da təbiidir. Rusiyanın heç də bütün aktivləri dondurulmayıb”. 
Rüfət Sultan