Xəbər lenti

Rusiyaya 27 qəpiyə, ABŞ-yə isə 53 manata satırıq
Ekonomiks 21:48 01.03.2025

Rusiyaya 27 qəpiyə, ABŞ-yə isə 53 manata satırıq

Ötən il Azərbaycandan xarici ölkələrə 206 min 577 ədəd həşərat və böcək ixrac olunub.

Açıqlanan rəsmi statistik göstəricilərə əsasən, ixrac olunan həşərat və böcəklərin bir ədədinin orta gömrük dəyəri 45 qəpik olub.

Onu da bildirək ki, əvvəlki illə müqayisədə ötən il həşərat və böcəklərin ixracı 2 dəfədən çox azalıb.

Qeyd edək ki, ixrac olunan həşərat və böcəklərin yarıdan çoxu - 140 min 500 ədədi Qazaxıstana göndərilib.

Həşərat və böcəklərin ixrac olunduğu ölkələr aşağıdakı kimidir:

Qazaxıstan - 140 500 ədəd (bir ədədinin orta gömrük dəyəri 33 qəpik);
Özbəkistan - 45 000 ədəd (36 qəpik);
Qırğızıstan - 10 000 ədəd (34 qəpik);
Rusiya - 6 000 ədəd (27 qəpik);
İsveçrə - 5 000 ədəd (4 manat);
ABŞ - 71 ədəd (53,4 manat)./yeniavaz.com

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->