
Azərbaycan milli komandasının futbolçusu Ruslan Abışov bu gün Rusiya Premyer Liqasında debüt edə bilər.
Qol.Az-ın məlumatına görə, R.Abışovun komandası olan “Rubin” bu gün 21-ci turda Qroznıda “Terek”in qonağı olacaq. Oyun Bakı vaxtı ilə saat 18.00-da başlanacaq.
Qeyd edək ki, hazırda “Rubin” 34 xalla turnir cədvəlində yeddinci, “Terek” isə 32 xalla səkkizinci pillədə qərarlaşıb.
Xatırladaq ki, R.Abışovun ötən tur “Zenit”lə oyunda rəsmi debüt edəcəyi gözlənilsə də, baş məşqçi Qurban Berdıyev futbolçumuza şans verməmişdi.
Qaynar.info