Xəbər lenti

Ruslar Bakıya İsayevlə Süleymanovu gətirəcək, Vartanyanı isə yox!
İdman16:18 17.02.2016

Ruslar Bakıya İsayevlə Süleymanovu gətirəcək, Vartanyanı isə yox!

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Rusiyanın 17 yaşadək millisinin (U-17) Bakıya gələcək heyəti açıqlanıb.

Qaynar.info xəbər verir ki, ruslar fevralın 20-dən 26-dək Azərbaycana səfər edəcəklər. Bunun üçün baş məşqçi Sergey Matveyev 20 futbolçunu Bakıya gətirəcəyini bildirib. Onlar aşağıdakı oyunçulardır:

Qapıçılar - İvan Lomayev (“Çertanovo”), Matvey Safonov (“Krasnodar”); 

Müdafiəçilər - Sergey Borodin, Artyom Qolubyev (hər ikisi “Krasnodar”), Aleksandr Volkov (MOİK), Artyom Qorbulin, Aleksandr Zaxarov (hər ikisi “Dinamo”), Kirill Lukyançikov (“Rubin”);

Yarımmüdafiəçilər - Pyotr Volodkin, Aleksandr Rudenko (hər ikisi “Spartak” M), Vyaçeslav Qrulev, Osman İsayev (hər ikisi “Dinamo”), Dmitri Lesnikov (“Volqar”), Leon Musayev (“Zenit”), Məhəmməd Süleymanov, Daniil Utkin (hər ikisi “Krasnodar”), Mixail Yakovlev (“Rubin”); 

Hücumçular - İvan İqnatyev (“Krasnodar”), Stanislav Latseviç (“Dinamo”), Dmitri Tsıpçenko (“Çertanovo”).

Matveyev "Zenit"də çıxış edən erməniəsilli hücumçu Yefrem Vartanyanı Bakıya aparmayacaqlarını bildirib: "Toplanışa 20 futbolçu götürəcəyik, bunlardan 3-ü yığmada yenidir. Zədə, tibbi məsələlərə görə Bakıda bizə Vartanyan, Denisov və Patsev kömək edə bilməyəcək. Ancaq ümid edirəm ki, elit raunda kimə onlar düzələcəklər. Azərbaycanın əsas heyəti ilə 2 yoxlama matçı keçirəcəyik, oyunda qarşılıqlı əlaqələri qaydasına salmağa çalışacağıq...

Azərbaycan yığması yaxşı komandadır. Onlarla 1 il əvvəl Portuqaliyada qarşılaşmışıq. Onda biz 1:0 hesabı ilə qalib gəlmişdik, ancaq matç çox çətin keçmişdi və oyun heç-heçə də ola bilərdi. Onları yaxınlarda Qranatkinin xatirə turnirində də gördük. Ona görə Azərbaycanla oynamaq istədik ki, bu cənub komandasının oyun üslubu qrupdakı rəqiblərimizin, xüsusən də Gürcüstanınkına bənzəyir".

Qeyd edək ki, Bakıda keçiriləcək Avropa çempionatına birbaşa vəsiqə qazanmış U-17 millimiz ruslarla fevralın 23-ü və 25-də qarşılaşacaq. Hər 2 oyun saat 16:00-da, Bakı Olimpiya Stadionunun ehtiyat meydançasında keçiriləcək.

Qaynar.info