
Rusiyanın "Lokomotiv" klubu Avropa Liqasının 1/16 final mərhələsinin ilk oyununda Türkiyənin "Fənərbaxça" klubu ilə qarşılaşmaq üçün bu gün İstanbula gəlib.
Qaynar.info xəbər verir ki, Atatürk adına Hava Limanında "Lokomotiv" gül-çiçəklə qarşılanıb.
Bu gün keçirilən mətbuat konfransında "Fənərbaxça"nın portuqaliyalı baş məşqçisi Vitor Pereyraya hər 2 ölkə arasındakı hazırkı siyasi durumla bağlı gözlənilən sual verilib. Onun cavabı belə olub: "Futbol futboldur, siyasət siyasət. Sabah sadəcə futbol matçı oynayacağıq. 2 komandada da 11 nəfər meydana çıxacaq və klubları üçün hər şey etməyə çalışacaqlar. Heç bir oyunçunun işin siyasət tərəfini düşündüyünü güman etmirəm... Mən siyasətdən anlamıram, işim futbol, sevgim futboldur..."
Qeyd edək ki, "Fənərbaxça" - "Lokomotiv" oyunu sabah keçiriləcək. Görüş Bakı vaxtı ilə saat 21:00-da keçiriləcək.
Qaynar.info





