Xəbər lenti

Ruslar Türkiyədə Putin şəklini göstərən futbolçusunu cəzalandıracaq
İdman12:24 18.02.2016

Ruslar Türkiyədə Putin şəklini göstərən futbolçusunu cəzalandıracaq

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Rusiyanın "Lokomotiv" klubu futbolçusu Dmitri Tarasovun "Fənərbaxça" ilə oyundan sonra üzərində Vladimir Putin şəkli olan formanı nümayiş etdirməsi ilə bağlı bəyanat yaymağa məcbur qalıb.

Qaynar.info xəbər verir ki, klub UEFA-dan sanksiya almamaq üçün və beynəlxalq futbol ictimaiyyətində qınaqlardan yayınmaq üçün Tarasovu pisləyib:

"Lokomotiv" FK Türkiyənin "Fənərbaxça" klubu ilə Avropa Liqasının 1/16 final matçı başa çatdıqdan sonra komandamızın futbolçusu Dmitri Tarasovun hərəkətini yolverilməz hesab edir.

Yarışın təşkilatçısı matç iştirakçılarına hər hansısa şəkilləri, hətta xoş niyyətli xarakter olsa belə nümayiş etdirməyə icazə vermir. Siyasi, ideoloji və ya dini təbliğat futbol ərazisində qadağandır və "Lokomotiv" FK UEFA-nın hazırkı məsələ ilə bağlı mövqeyini tamamilə dəstəkləyir.

Təəssüf ki, klubumuzun əməkdaşları insidentin qarşısını almağı bacarmayıb: futbolçu heç kimə öz planlarını həsr etməməlidir. Dmitrinin təşəbbüsü klub və elə onun özü üçün də uyğunsuz və zərərli bir addım idi.

Dmitri Tarasov "Lokomotiv" FK ilə şəxsi müqaviləsinə əsasən intizam cəzası alacaq".

Qeyd edək ki, martın 17-də UEFA-nın İntizam Komitəsinin Dmitri Tarasovu 10 oyunluq cəzalandıracağı gözlənilir.

Qaynar.info