
Fransanın Lill şəhərinin polisi britaniyalı azarkeşlərə qarşı gözyaşardıcı qazdan istifadə edib.
Qaynarinfo.az xəbər verir ki, gücləndirilmiş qaydada silahlanan polis bunu həmin şəhərin mərkəzində İngiltərə və Uels azarkeşlərinə qarşı tətbiq edib.
Çünki bu azarkeşlərlə ruslar arasında münaqişə davam edir. İngilislərə uelslilər də qoşulub. Pivə içən britaniyalı azarkeşlər ruslara atmacalar atıb. Nəticədə polis münaqişənin qarşısını almaq üçün bu vasitələrdən yararlanmalı olub. Yeri gəlmişkən, bu məlumatı Lill polis departamentindən də təsdiqləyiblər.





Qaynarinfo.az