Xəbər lenti

Rövnəq Abdullayev AFFA prezidenti postuna namizədliyini irəli sürdü
İdman15:11 18.01.2020

Rövnəq Abdullayev AFFA prezidenti postuna namizədliyini irəli sürdü

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Rövnəq Abdullayev 2020-cı il yanvarın 28-də keçiriləcək növbəti Konfransda AFFA prezidenti vəzifəsinə namizədliyini irəli sürüb. 
Qaynarinfo xəbər verir ki, bu barədə assosiasiyanın rəsmi saytı məlumat yayıb.
Bildirilib ki, AFFA-nın Nizamnaməsinin 41-ci maddəsinin 3-cü bəndini rəhbər tutaraq, Abdullayev öz namizədliyini irəli sürüb.
Xatırladaq ki, 55 yaşlı Abdullayev ilk dəfə 2008-ci ildə, ikinci dəfə, 2012-ci ildə, üçüncü dəfə isə 2016-cı ildə AFFA-nın prezidenti seçilib.