Xəbər lenti

Rövnəq Abdullayev Berti Foqtsdan danışdı
İdman10:23 30.03.2013

Rövnəq Abdullayev Berti Foqtsdan danışdı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

AFFA-nın prezidenti Rövnəq Abdullayev Azərbaycanın futbol üzrə milli komandasının almaniyalı baş məşqçisi Berti Foqtsun işindən razı qaldığını bildirib.

Trend-in məlumatına görə, Abdullayev jurnalistlərə açıqlamasında Dünya çempionatının seçmə mərhələsində Bakıda keçirilən Azərbaycan və Portuqaliya milli komandalarının oyunu zamanı stadionda "İstefa!" şüarının səslənməsinə münasibət bildirib və deyib ki, Berti Foqts peşəkardır və öz işinin öhdəsindən yaxşı gəlir.

"Berti Foqts işini sevə-sevə görür", - AFFA prezidenti əlavə edib.

Abdullayev hamı kimi Azərbaycanın Portuqaliyaya uduzmasından təəssüfləndiyini vurğulayıb: "Hücumçu Rauf Əliyevin qırmızı vərəqə alması komandamıza psixoloji təsir etdi. Bundan əlavə, bəzi azarkeşlərin "İstefa!" və arzuolunmaz şüarlar səsləndirməsi futbolçulara psixoloji təsir edirdi".

Qaynar.info