Xəbər lenti

Rövnəq Abdullayev cüdoçumuz Rüstəm Orucovu təltif etdi
İdman15:05 07.05.2016

Rövnəq Abdullayev cüdoçumuz Rüstəm Orucovu təltif etdi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Azərbaycan Cüdo Federasiyasının prezidenti Rövnəq Abdullayev Bakıdakı "Böyük dəbilqə" turnirində 73 kq çəki dərəcəsində medal qazanmış idmançıların mükafatlandırılma mərasimində iştirak edib. 
Qaynarinfo.az xəbər verir ki, R.Abdullayev mükafatlandırmaya Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə ilə birgə qatılıb.
Onlar fəxri kürsüyə yüksələn cüdoçuları, o cümlədən, bürünc medal qazanmış Azərbaycan təmsilçisi Rüstəm Orucovu təltif ediblər.
Qeyd edək ki, Rövnəq Abdullayev ötən gün bürünc medal qazanmış daha bir cüdoçu Tərlan Kərimovu (66 kq) da mükafatlandırıb. 
Qaynarinfo.az