Xəbər lenti

Rövnəq Abdullayev prezidentin hədiyyəsini Borçalıya apardı - FOTOLAR
Ekonomiks12:49 03.09.2016

Rövnəq Abdullayev prezidentin hədiyyəsini Borçalıya apardı - FOTOLAR

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövnəq Abdullayev Gürcüstana səfəri çərçivəsində prezident İlham Əliyevin tapşırığı ilə Gəncə Avtomobil Zavodunun istehsalı olan 8 yeni “Belarus” traktorunu Kvemo Kartli regionunun nümayəndələrinə təhvil verib.
Bildirilib ki, İlham Əliyev ötən ilin noyabr ayında Gürcüstana səfəri zamanı Kvemo Kartli regionunun sakinləri ilə görüşündə regionun kənd təsərrüfatının inkişafı ilə bağlı mümkün yardımın göstəriləcəyini bildirmişdi. Azərbaycan prezidentinin tapşırığına əsasən bu ilin mart ayında 10 ədəd “Belarus” traktoru və qoşqular Rustavi şəhərində Kvemo Kartli regionunun rəhbərliyinə təhvil verilmişdi. Bu gün daha 8 ədəd traktor və 8 aqreqat komplekti Marneuli rayonuna verilir.
Mərasimdə Gürcüstanın energetika naziri Kaxa Kaladze, Azərbaycanın bu ölkədəki səfiri Azər Hüseyn, Kvemo Kartli bölgəsinin qubernatoru və digər rəsmi şəxslər iştirak ediblər.
Qaynarinfo.Az