Xəbər lenti

Rövnəq Abdullayev: "Millini əcnəbi çalışdıracaq"
İdman13:51 07.11.2014

Rövnəq Abdullayev: "Millini əcnəbi çalışdıracaq"

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Azərbaycanın futbol üzrə millisinin yeni baş məşqçisi əcnəbi olacaq. 

Qaynar.info-nun Trend-ə istinadən yaydığı xəbərə görə, bunu cümə günü jurnalistlərə AFFA prezidenti Rövnəq Abdullayev deyib.

Onun sözlərinə görə, orta səviyyəli məşqçi ilə bir illik müqavilə bağlanacaq, bu yoxlanışdan sonra qərar veriləcək: "Belə bir məsəl var, atları yarı yolda dəyişməzlər. Berti Foqts bizi pis vəziyyətdə qoydu. Yarı yolda qoyub getdi. İndi yeni baş məşqçi ilə bağlı fikirləşirik".

"Qarabağ"- "Dnepr" oyununu şərh edərkən isə R.Abdullayev deyib ki, "Qarabağ" yaxşı oynadı, sadəcə bəxti gətirmədi.

Qaynar.info