Xəbər lenti

Rövnəq Abdullayev “Rosneft”in baş icraçı direktoru ilə görüşdü
Ekonomiks14:50 05.06.2021

Rövnəq Abdullayev “Rosneft”in baş icraçı direktoru ilə görüşdü

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Bu gün Rusiyanın Sankt-Peterburq şəhərində Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövnəq Abdullayev "Rosneft” şirkətinin baş icraçı direktoru İqor Seçinlə görüşüb.
Qaynarinfo-nun SOCAR-a istinadən verdiyi məlumata görə, görüşdə tərəflər arasında qarşılıqlı əməkdaşlığın inkişaf perspektivləri müzakirə edilib, enerji keçidindən irəli gələn məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Xatırladaq ki, SOCAR prezidenti işgüzar səfəri çərçivəsində Sankt-Peterburq beynəlxalq iqtisadi forumunda iştirak edib və forumun energetika panelində çıxış edib.