Xəbər lenti

Rövnəq Abdullayev Türkiyə millisinə uğur arzuladı
İdman20:26 30.11.2019

Rövnəq Abdullayev Türkiyə millisinə uğur arzuladı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
AFFA-nın prezidenti Rövnəq Abdullayev Türkiyə Futbol Federasiyasının prezidenti Nihat Özdəmirlə görüşüb.
"Report"un məlumatına görə, görüş Rumıniyanın paytaxtı Buxarestdəki AVRO-2020-nin püşkatma mərasimindən sonra gerçəkləşib. R.Abdullayev A qrupunda 2 oyunu Bakı Olimpiya Stadionunda keçirəcək Türkiyə millisinə uğurlar arzulayıb.
Qeyd edək ki, Türkiyə millisi iyunun 17-də Uelslə, iyunun 21-də isə İsveçrə yığması ilə Azərbaycan paytaxtında qarşılaşacaq.