Xəbər lenti

Rövşən Lənkəranski ilə bağlı yeni xəbər - FOTO
Ölkə11:38 23.03.2017

Rövşən Lənkəranski ilə bağlı yeni xəbər - FOTO

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Ötən il avqustun 18-də İstanbulda qətlə yetirilən məşhur kriminal avtoritet Rövşən (Canıyev) Lənkəranskinin abidəsi hazırlanır.
"Qaynar" axar.az-a istinadən xəbər verir ki, Lənkərandakı “Kiçik bazar” məzarlığında dəfn olunmuş mərhumun başdaşı hələ qoyulmayıb.
"Qanuni oğrunun böyük bir abidəsi sifariş olunub və onun ölçülərinə uyğun divar hörülüb.
Novruz bayramı axşamı mərhumun yaxınlarının onun qəbrini ziyarət edib. Lənkəranskinin məzarının ətrafı gül çələngləri ilə əhatələnib.
Burada onun müxtəlif bölgələrdən olan dostlarının göndərdiyi çələnglərin üstündə başsağlığı mesajlarını görmək olar.
Məlum olub ki, Lənkəranskinin ailəsi Bakıya köçüb və paytaxda yaşayır. Onun uşaqları Bakıda məktəbə gedir. Hazırda ata evində heç kim yaşamır.
Xatırladaq ki, R.Lənkəranski İstanbulda oteldən çıxıb avtomobilinə mindikdən sonra gülləbaran edilib.
Qaynar.Az