Xəbər lenti

Ryabova bu gün Pekin-2022-də mübarizəyə başlayacaq
İdman08:16 15.02.2022

Ryabova bu gün Pekin-2022-də mübarizəyə başlayacaq

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Bu gün Azərbaycanın fiqurlu konkisürəni Yekaterina Ryabova Pekin-2022 Qış Olimpiya Oyunlarında mübarizəyə başlayacaq.
Qaynarinfo xəbər verir ki, 19 yaşlı idmançımız Bakı vaxtı ilə saat 14:00-da qısa proqramda 24-cü nömrə altında çıxış edəcək.
Təmsilçimiz ən yaxşı 24 iştirakçı arasına düşə bilsə, fevralın 17-də keçiriləcək final mərhələsinə vəsiqə qazanacaq. Siyahıda ümumilikdə 30 idmançı yer alıb.
Azərbaycanın kişi fiqurlu konkisürəni Vladimir Litvintsev "Pekin-2022"də 18-ci yeri tutub.
Pekin-2022 Qış Olimpiya Oyunlarında 91 ölkədən 2800-dən çox idmançı iştirak edir. Olimpiadada atletlər idmanın 15 növü üzrə 109 dəst medal uğrunda mübarizə aparırlar. Oyunlar fevralın 20-də başa çatacaq.
Səbuhi Həsənov