Xəbər lenti

Röyadan azərbaycanlılara çağırış: "BİZ QALİB OLMALIYIQ"
İdman15:24 08.04.2016

Röyadan azərbaycanlılara çağırış: "BİZ QALİB OLMALIYIQ"

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Mayın 5-dən 21-dək 17 yaşadək futbolçulardan ibarət millilər arasında Bakıda keçiriləcək Avropa çempionatının səfiri Röya Ayxan rəsmi "Feysbuk" səhifəsində azarkeşlərə müraciət ünvanlayıb.

Qaynar.info həmin müraciəti təqdim edir:

"Allah inamsız insanları sevmir! GƏLİN HƏR BİR QƏLƏBƏYƏ İNAMLA GEDƏK. BAX O ZAMAN BİRLİK OLACAQ!!! Həyatın bizə eniş-yoxuşu göstərdiyi bir halda ayaq üstdə durub AZƏRBAYCANI dəstəkləyək!!! Hansı sahə olmağına baxmayaraq, qələbə qazananda 3 RƏNGLİ BAYRAĞIMIZ UCALIR!!! BİZ QALİB OLMALIYIQ. BUDUR HƏDƏFİMİZ!!! Bu gün püşkatma oldu. Yerli komandamıza uğurlar".

Qeyd edəkk ki, Röya Ayxan bu gün qitə çempionatının püşkatma mərasimində iştirak edib.

Qaynar.info