Xəbər lenti

Röyanı gözləyirdilər, meyxanaçı Vüqar gəldi
Ölkə06:28 11.08.2013

Röyanı gözləyirdilər, meyxanaçı Vüqar gəldi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Müğənninin Qəbələ konserti necə keçib?


Lent.az-ın məlumatına görə, Qafqaz Resort Hoteldə gerçəkləşən konserti aparıcı Nanə Ağamalıyeva açıq elan edib.

Aparıcı ilk olaraq səhnəyə meyxanaçı Vüqarı dəvət edib. Meyxanaçı öz növbəsində “Qəbələ”, “Ata, sən özün cavan olmamısanmı?”, “Azərbaycan” adlı musiqi parçalarını ifa edərək, sonra yerini Röyaya verib.

Müğənnin səhnəyə gəlişi sözün əsl mənasında gecəyə rəng qatıb. Fanatlarının alqışları və “Röya!”, “Röya!”  sədaları ilə səhnə alan müğənni ən sevilən mahnılarını ard-arda düzüb.

Konsert bitər-bitməz pərəstişkarları ilə şəkil çəkdirən müğənni yerini DJ Çinaya verərək, çıxışını başa vurub.

Daha sonra müğənni konsertlə bağlı təəssüratlarını bölüşüb: “Bu gün Bakıdan gələn pərəstişkarlarıma, ümumilikdə bütün sevənlərimlə əla bir gecə yaşadığımızı düşünürəm. Ümumilikdə hər şeydən razıyam. Məhz buna görə də ilk növbədə təşkilatçı Nahid Emiloğluya və mənim komandama təşəkkürümü bildirirəm. Bu cür konsertlərimizin ardı olacaq”.


Qaynar.info