Xəbər lenti

Rza 13-cü dəfə Avropa çempionu oldu
İdman 23:54 21.04.2026

Rza 13-cü dəfə Avropa çempionu oldu

Türkiyənin yunan-Roma güləşçisi Rza Kayaalp karyerasında 13-cü Avropa çempionluğu üçün final görüşünə çıxıb.

Qaynarinfo xəbər verir ki, 130 kiloqram çəkidə çıxış edən təcrübəli güləşçi Albaniyanın paytaxtı Tiranada keçirilən turnirin həlledici qarşılaşmasında macarıstanlı Darius Attila Viteklə üz-üzə gəlib. 36 yaşlı idmançı rəqibini məğlub edərək rusiyalı Aleksandr Karelinin rekordunu (12) yeniləyib və Avropanın ən titullu yunan-Roma güləşçisi ünvanını ələ keçirib.

Qeyd edək ki, Rza Kayaalp Avropa çempionatının yarımfinalında belaruslu Pavel Qlinçukla qarşılaşıb. Türkiyəli idmançı 4:0 hesabı ilə öndə olarkən rəqibi onun sifətinə zərbə endirib. Bu səbəbdən Qlinçuk hakimlərin qərarı ilə diskvalifikasiya olunaraq texniki məğlubiyyət alıb.

Rza Kayaalp Avropa çempionatları tarixində 15-ci dəfə finalda mübarizə aparıb. Təcrübəli idmançı indiyədək qitə birinciliklərində 12 qızıl və 2 gümüş medal qazanıb.
--> -->