Xəbər lenti

Şağandakı Əlillər pansionatında əlili döydülər
Ölkə14:42 17.02.2018

Şağandakı Əlillər pansionatında əlili döydülər

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Xəzər rayonu, Şağan qəsəbəsində yerləşən əlillər pansionatında döyülmə faktı qeydə alınıb.
Qaynarinfo-nun olke.az-a istinadən məlumatına görə, Əlillər pansionatında müalicə alan Möhübbət Məsləhət oğlu Məlikov tanımadığı şəxs tərəfindən döyülüb. 
Zərərçəkən DİN-nin 102 zəng mərkəzinə müraciət edib. Baş vermiş hadisə ilə bağlı dərhal Xəzər rayon Polis İdarəsi 1-ci Polis bölməsinin əməkdaşları pansionata gəlib və ilkin araşdırmalara başlayıblar. Hələlik əlili döyən naməlum şəxs müəyyən edilməyib.
M.Məlikov xəsarət dərəcələrinin müəyyənləşdirilməsi üçün məhkəmə tibbi ekspertiza şöbəsinə göndərilib.