Xəbər lenti

Saatlıda 3 kəndin sakinlərini
Foto 16:43 16.11.2022

Saatlıda 3 kəndin sakinlərini "Açıq mikrofon"a gətirən bir səbəb (FOTOLAR)

"Azəriqaz" İB-nın "Səyyar qəbul otağı"nın bugünkü ünvanı Saatlı rayonu olub. 

Qaynarinfo xəbər verir ki, ümumilikdə 15 müraciətin səsləndiyi aksiyada ilk olaraq Salyan Regional Qaz İstismarı İdarəsinin rəisi Azər Musayev çıxış edərək sakinləri dinləməyə hazır olduqlarını bildirib. 

Rəfiqə Əliyeva, Xədicə Əliyeva, Yetər Məmmədova və Elməddin Məmmədov Mollavazlı kəndinin qazlaşdırılmasını xahiş ediblər. Nərimankənd və Dəlilər kəndinin sakinləri Nazim Fərəcovla Ağabala Əvəzov da kəndlərinin mavi yanacaqla təmin edilməsini istəyiblər. Hər bir müraciət SOCAR "Azəriqaz" İstəhsalat Birliyinin Salyan Regional qaz istismarı İdarəsinin rəhbərliyi tərəfindən cavablandırılıb. 

Bəzi müraciətlərin araşdırılmasına dair tapşırıqlar verilib.

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->