Xəbər lenti

Sabah 43 dərəcə isti olacaq
Ölkə09:02 19.08.2014

Sabah 43 dərəcə isti olacaq

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Avqustun 20-də Bakı və Abşeron yarımadasında hava dəyişkən buludlu olacaq, əsasən yağmursuz keçəcək.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun baş hidroloqu Asif Verdiyevin APA-ya açıqlamasında dediyinə görə, mülayim şimal-qərb küləyi əsəcək.

Havanın temperaturu gecə 24-28, gündüz 36-39, yarımadanın bəzi yerlərində 41 dərəcəyədək isti olacaq.

Sabah Azərbaycanın rayonlarında da havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 21-26, gündüz 35-40, bəzi yerlərdə 43 dərəcə, dağlarda gecə 15-19, gündüz 27-32 dərəcə isti olacaq.

Qaynar.info