Xəbər lenti

“Sabah” “Araz-Naxçıvan”a uduzdu
İdman13:08 15.12.2023

“Sabah” “Araz-Naxçıvan”a uduzdu

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Azərbaycan Premyer Liqasında XVII tur davam edir.
Qaynarinfo xəbər verir ki, günün ikinci oyunu "Dalğa Arena”da keçirilib.
Rəqiblərini bu stadionda qəbul edən "Araz-Naxçıvan” "Sabah”ı sınağa çəkib.
Son iki turda qələbə qazanan bakılılar ardıcıl üç heç-heçəyə imza atan Naxçıvan təmsilçisinə məğlub olub. Hesab 39-cu dəqiqədə açılıb. "Sabah”ın müdafiəçisi Boyan Letiç tərs zərbə ilə topu öz qapılarından keçirib. 71-ci dəqiqədə isə Turan Manafov cərimə zərbəsindən baxımlı qol vurub.
Rəqibini 2:0 hesabı ilə məğlub edən "Araz-Naxçıvan” xallarının sayını 26-ya çatdırıb. "Sabah” isə 22 xalda qalıb.
Qeyd edək ki, turun əvvəlki oyunlarında "Kəpəz”lə "Sumqayıt” (1:1) heç-heçə ediblər, "Səbail” "Qəbələ”yə 3:0 hesabı ilə qalib gəlib. Dekabrın 16-da "Turan Tovuz” – "Zirə”, 18-də isə "Qarabağ” – "Neftçi” matçları reallaşacaq.