Xəbər lenti

Sabah “Azəriqaz” növbəti “Açıq qapı” aksiyası keçirəcək
Ekonomiks12:01 03.02.2022

Sabah “Azəriqaz” növbəti “Açıq qapı” aksiyası keçirəcək

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Sabah saat 11:00-da Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) "Azəriqaz” İstehsalat Birliyinin inzibati binasında növbəti "Açıq qapı” aksiyası başlayacaq.
Qaynarinfo-nun "Azəriqaz"a istinadən verdiyi məlumata görə, bütün media və QHT mənsublarının üzünə açıq olacaq bu aksiya "Facebook" sosial şəbəkəsi üzərindən canlı yayımlanacaq.
Vətəndaşların sualları da canlı yayım vasitəsilə cavablandırılacaq. Hər bir media qurumu və QHT nümayəndəsi bu tədbirə dəvətlidir.