İdman 19:42 27.01.2024

"Sabah" azlıqda qaldığı oyunda "Zirə"yə qalib gəldi

Futbol üzrə Azərbaycan Premyer Liqasında XX turun daha bir oyunu keçirilib.

Qaynarinfo xəbər verir ki, günün ikinci matçında "Zirə" "Sabah"ı qəbul edib.

Qarşılaşma qonaqların 1:0 hesablı qələbəsi ilə bitib. 44-cü dəqiqədə "Sabah"ın yarımmüdafiəçisi Elvin Camalov ikinci sarı vərəqəni alaraq meydandan qovulub. 90+9-cu dəqiqədə isə Sofian Çakla penaltini dəqiq yerinə yetirib.

Qələbə sayəsində xallarının sayını 26-ya çatdıran "bayquşlar" 6-cı sıradakı "Turan Tovuz"a çatıb. "Qartallar" isə 30 xalla ikincidir.

Qeyd edək ki, günün ilk qarşılaşmasında "Qarabağ" "Kəpəz"ə qalib gəlib. Turun açılış oyununda "Turan Tovuz" evdə "Səbail"i məğlub edib - 3:1. XX tura yanvarın 28-də yekun vurulacaq.