Xəbər lenti

Sabah Bakıda 35, rayonlarda 37 dərəcə isti olacaq
Ölkə08:34 26.07.2022

Sabah Bakıda 35, rayonlarda 37 dərəcə isti olacaq

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Bakıda və Abşeron yarımadasında iyulun 27-də hava şəraiti əsasən yağmursuz keçəcək.
Milli Hidrometeorologiya Xidmətindən Qaynarinfo-ya verilən məlumata görə, gündüz havanın arabir tutulacağı gözlənilir.
Şimal-şərq küləyi əsəcək. Havanın temperaturu gecə 20-24° isti, gündüz 30-35° isti, Bakıda gecə 21-23° isti, gündüz 32-34° isti olacaq. Atmosfer təzyiqi 755 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət 55-60 % olacaq.
Azərbaycanın rayonlarında sabah hava əsasən yağmursuz keçəcək. Lakin gündüz saatlarında bəzi şimal və qərb rayonlarında şimşək çaxacağı, qısamüddətli yağış yağacağı gözlənilir. Mülayim şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 19-24° isti, gündüz 32-37° isti, dağlarda gecə 9-14° isti, gündüz 17-22° isti olacaq.