Xəbər lenti

Sabah Bakıda yunan-Roma güləşi üzrə Dünya Kuboku start götürəcək
İdman17:02 04.11.2022

Sabah Bakıda yunan-Roma güləşi üzrə Dünya Kuboku start götürəcək

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
212Sabah Bakı İdman Sarayında yunan-Roma güləşi üzrə Dünya Kuboku start götürəcək.
Qaynarinfo xəbər verir ki, bu haqda Azərbaycan Güləş Federasiyası məlumat yayıb.
Bildirilib ki, bu gün yarışın keçiriləcəyi məkanda mətbuat konfransı baş tutub.
Tədbirdə Dünya Güləş Birliyinin (UWW) mətbuat katibi Erik Olanovski, Azərbaycan yığmasının üzvləri, dünya çempionları Eldəniz Əzizli və Rafiq Hüseynov, türkiyəli dünya çempionu Burhan Akbudak və litvalı dünya mükafatçısı Mantas Knistautas iştirak edib.