İdman 13:41 21.06.2022

"Sabah" "Barselona"nın sabiq üzvü ilə vidalaşdı

"Sabah” Xuan Kamara ilə yollarını ayırıb.

Qaynarinfo xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb. İspaniyalı yarımmüdafiəçi ilə mövsümün sonunda başa çatan icarə müqaviləsi yenilənməyib. Futbolçu artıq müqavilə ilə məxsus olduğu "Yagelloniya” klubuna qayıdıb.

"Barselona"nın sabiq futbolçusu 2021-ci ilin iyul ayından "Sabah”da çıxış edirdi. Futbolçuya xidmətlərinə görə təşəkkür edir, ona gələcək karyerasında uğurlar arzulayırıq.

Səbuhi Həsənov