Xəbər lenti

"Sabah" braziliyalı hücumçunu transfer etdi (FOTO)
İdman12:04 21.03.2022

"Sabah" braziliyalı hücumçunu transfer etdi (FOTO)

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
"Sabah” heyətini yeni futbolçu ilə gücləndirib.
Qaynarinfo klubun rəsmi saytına istinadən xəbər verir ki, paytaxt təmsilçisi braziliyalı hücumçu Lukas Ranhellə cari mövsümün sonunadək müqavilə imzalayıb.
28 yaşlı futbolçu karyerası ərzində ölkəsinin "Qremio Barueri” (2015), "Foz do İquaçu” (2015), "İtumbiara” (2016), Albaniyanın "Kukesi” (2016/17), Avstriyanın "Kapfenberger” (2017/18), Finlandiyanın "KuPS” (2018-2020), Türkiyənin "Adana Demirspor” (2020/21) klublarında çıxış edib. Onun son klubu Ukrayna "Vorskla”sı (2021/22) olub.
Yeni transfer "Sabah”da 73 nömrəli formada çıxış edəcək.