Xəbər lenti

Sabah bu avtobusların hərəkət istiqaməti dəyişəcək (SİYAHI)
Ölkə08:36 28.05.2019

Sabah bu avtobusların hərəkət istiqaməti dəyişəcək (SİYAHI)

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Sabah Bakıda 22 marşrut xəttinin son dayanacağı və hərəkət istiqaməti dəyişdiriləcək. Mayın 29-da Bakıda bəzi marşrut xətləri üzrə avtobusların hərəkət istiqaməti və son dayanacaq məntəqəsi müvəqqəti olaraq dəyişdiriləcək. 
Bu barədə Qaynarinfo-ya Bakı Nəqliyyat Agentliyindən (BNA) məlumat verilib. Məlumata görə, 44, 30, 49, 33, 52, 96, 106, 113, 191 və 213 saylı marşrutların son dayanacağı dəyişdirilib.
Bundan əlavə 1, 65, 79, 2, 14, 7A, 11, 12, 15, 36, 62 və 70 saylı marşrutların isə hərəkət istiqaməti dəyişdirilib.