Xəbər lenti

Sabah bu ərazilərdə qaz olmayacaq
Ekonomiks22:52 24.09.2025

Sabah bu ərazilərdə qaz olmayacaq

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Sabah İmişli rayonunun 7 kəndi və 1 qəsəbəsinin qaz təchizatında fasilə yaranacaq.
Qaynarinfo xəbər verir ki, buna səbəb diametri 225 mm-lik PE "Bəhrəmtəpə" orta təzyiqli daşıyıcı qaz kəməri və üzərindən ayrılan qollarında kipliyin sınağıdır.
Bununla əlaqədar 25 sentyabr saat 10:00-dan etibarən sınaq işləri başa çatanadək İmişli rayonunun Göbəktala, Şahverdili, Bəhrəmtəpə, Sarxanlı, Boşçalılar, Vətəgə, Qaragüvəndikli kəndləri və Bəhrəmtəpə qəsəbəsində (ümumi 4 044 abonent) qaz təchizatının dayandırılması planlaşdırılır.