Xəbər lenti

İdman 09:31 10.06.2026

"Sabah" CAR-dan futbolçu transfer etdi

"Sabah” heyətini yeni futbolçu ilə gücləndirib.

Qaynarinfo-nun məlumatına görə, cənubi afrikalı müdafiəçi Eyden Makkarti ilə 3+1 illik müqavilə bağlanıb. Gənc futbolçu Cənubi Afrika Respublikasının "Kayzer Çifs” klubundan transfer edilib.

Mərkəz müdafiəçisi mövqeyində çıxış edən futbolçu "Kayzer Çifs” klubunun yetirməsidir. 22 yaşlı oyunçu CAR-ın U-23 millisinin də üzvüdür.

Sorğu

Azərbaycanda 16 yaşa qədər uşaqların sosial şəbəkələrdən qorunması təklifinə münasibətiniz necədir?
--> -->