Xəbər lenti

Sabah da hava isti olacaq
Ölkə08:18 14.08.2013

Sabah da hava isti olacaq

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Bakı və Abşeron yarımadasında avqustun 15-də dəyişkən buludlu, yağmursuz hava şəraiti müşahidə olunacaq.

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosundan APA-ya verilən məlumata görə, temperatur gündüz 31-36, gecə 20-24 dərəcə isti olacaq.

Azərbaycanın rayonlarında avqustun 15-də əsasən yağmursuz hava şəraiti proqnozlaşdırılır. Şərq küləyi əsəcək.

Temperatur gecə 19-24, gündüz 33-38 dərəcə isti olacaq. Dağlarda gecə 10-15, gündüz 22-27 dərəcə isti gözlənilir.

Qaynar.info