Xəbər lenti

İdman 12:20 02.06.2022

"Sabah"da zədə problemi - üç futbolçu əməliyyat olundu

"Sabah”ın 3 futbolçusu əməliyyat olunub.

Qaynarinfo klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, müdafiəçi Amin Seydiyev qasıq yırtığı əməliyyatı keçirib. Almaniyanın Münhen şəhərindəki klinikalardan birində baş tutan əməliyyat uğurlu keçib.

Hücumçu Tiemoko Fofana və digər müdafiəçi Zurab Oçiqava isə Türkiyənin Ankara şəhərində əməliyyat olunub. Tiemoko dizindəki çarpaz bağın bərpası, Zurab isə menisk əməliyyatı keçirib. Hər iki əməliyyat uğurla başa çatıb.
 
 

Səbuhi Həsənov

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->