Xəbər lenti

"Sabah" futbolçusu ilə müqaviləni yenilədi
İdman16:40 05.01.2021

"Sabah" futbolçusu ilə müqaviləni yenilədi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
"Sabah” futbolçusu Şakir Seyidovla müqavilə müddətini uzadıb.
Qaynarinfo klubun rəsmi saytına istinadən xəbər verir ki, yeni sözləşmənin müddəti 2023-cü ilin iyun ayına kimi nəzərdə tutulub.
Seyidov 2018-ci ildən "Sabah”ın uğurları üçün çalışır. 21 yaşlı müdafiəçi komandanın heyətində ümumilikdə 31 oyun keçirib, 2 qola imza atıb (Premyer Liqada 26 oyun 2 qol, ölkə kubokunda 5 oyun).
Qeyd edək ki, futbolçunun "Sabah”la əvvəlki müqaviləsi cari mövsümün sonunda başa çatırdı.