Xəbər lenti

Sabah Gəncədə Novruz şənliyi olacaq - FOTO
Ölkə12:50 17.03.2014

Sabah Gəncədə Novruz şənliyi olacaq - FOTO

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Sabah Novruz bayramı münasibətilə Gəncədə “Novruz 2014 el şənliyi” adlı silsilə tədbirlər olacaq. 

Bu haqda Gəncə şəhər İcra Hakimiyyətinin sözcüsü Kənan Məmmədov məlumat verib.

Tədbir şəhərinin "Qala Kompleksi"ndən zurna və nağaranın müşayiəti ilə başlayacaq. 

Şənlikdə Ozan baba və Bahar qızın təbrikləri,  Qala qapılarının qarşısında Gəncənin tarixi şəxsiyyətlərinin yaradılmış obrazlarının çıxışı, şərbət mərasimi, tonqal ətrafında gənclərin "Yallı" və "İgidlər" rəqsi, Novruzun atributları olan Keçəl və Kosanın yumurta döyüşdürməsi, Gəncə Musiqi Kolllecinin xor kollektivinin çıxışı olacaq.

Qala Kompleksində start verilən şənlik daha sonra Gəncə şəhərinin Cavadxan küçəsində davam edəcək. Küçə boyu sərgilər, rəsm, qədim milli məişət əşyaları, biçmə-tikmə, dekorativ sənət nümunələri, səməni nümayiş olunacaq. "Göy-göl" ansamblının rəqs qrupu, baxça uşaqlarının, Nağaraçalanlar ansamblının, "Məhsəti" ansamblının, Uşaq yaradıcılıq və incəsənət məktəbinin şagirdlərinin dəbdəbəli çıxışı olacaq.

Məhsəti Gəncəvi mərkəzinin önündə isə "Məhsəti Gəncəvi" kampazisiyası nümayiş etdiriləcək. Həmçinin, şairə Məhsəti Gəncəvinin adını daşıyan bağda təndirlər, rəngarəng çadırlar qurulacaq,  bayram süfrələri açılacaq və "Kilimarası" oyunu nümayiş olunacaq. 

Qeyd edək ki, məhz bu novruz şənliyi üçün ayrılan faytonlar da tədbirə xüsusi gözəllik qatacaq.

Qaynar.info