Xəbər lenti

"Sabah" Gəncədə xal itirdi
İdman13:15 14.12.2022

"Sabah" Gəncədə xal itirdi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Azərbaycan Premyer Liqasının 17-ci turu davam edir.
 
Qaynarinfo-nun məlumatına görə turun ikinci oyun günündə daha bir qarşılaşma baş tutub. "Sabah" Gəncədə "Kəpəz"in qonağı olub. Gəncə şəhər stadionunda baş tutan görüş 2:2 hesabı ilə başa çatıb. 
Meydan sahiblərindən Abdullahi Şuaybunun dubluna (35, 73), qonaqların heyətində Coy Lens Mikels (33) və Aleksey Kaşuk (87) cavab verib. "Sabah"ın oyunçusu Ceyhun Nuriyev isə 90-cı dəqiqədə rəqib futbolçunu vurduğuna görə qırmızı vərəqə ilə meydandan qovulub. 
Turun ikinci oyun günündə daha bir qarşılaşma baş tutacaq. "Sumqayıt" doğma meydanda "Səbail"i qəbul edəcək. "Kapital Bank Arena"da keçiriləcək qarşılaşma saat 19.00-da başlayacaq 
Səbuhi Həsənov