Xəbər lenti

"Sabah" Gürcüstanda 3 yoxlama matçı keçirəcək
İdman08:09 15.07.2021

"Sabah" Gürcüstanda 3 yoxlama matçı keçirəcək

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
"Sabah”ın Tbilisi toplanışı çərçivəsində qarşılaşacağı rəqiblər bəlli olub.
Qaynarinfo klubun rəsmi saytına istinadən xəbər verir ki, Bakı təmsilçisi Gürcüstanda yerli klublarla qüvvəsini sınayacaq. İlk rəqib "Şukura” olacaq. Kobuleti komandası ilə qarşılaşma iyulun 20-də baş tutacaq. Ramin Quliyevin yetirmələri növbəti oyununu iyulun 23-də "Samqurali”yə qarşı keçirəcək. Tbilisi toplanışındakı son matç "Saburtalo”ya qarşı olacaq.. Görüş iyulun 28-də baş tutacaq.
Komanda Gürcüstan paytaxtına bu gün yola düşəcək. "Ağ-göylər” Bakıya iyulun 29-da qayıdacaq.