Xəbər lenti

"Sabah"ın baş məşqçisinin cəzası bəlli oldu
İdman08:57 11.04.2023

"Sabah"ın baş məşqçisinin cəzası bəlli oldu

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
AFFA-nın İntizam Komitəsinin növbəti iclası keçirilib.
Qaynarinfo-nun məlumatına görə, Azərbaycan Premyer Liqasının 29-cu turuna həsr olunmuş iclasda əsasən iki - "Səbail" - "Sabah" və "Qarabağ" - "Kəpəz" matçına toxunulub. Qurum sözügedən oyunlarda qayda pozuntularına dair aşağıdakı qərarları qəbul edib.
"Səbail” – "Sabah” oyununda "Sabah” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığına görə klub 800 manat cərimə edilir (maddə 39).
"Səbail” – "Sabah” oyununda "Sabah” klubunun futbolçusu Con İrasabal rəqibi aşkar qol imkanından məhrum etdiyinə görə birbaşa qırmızı vərəqə aldığına görə 1 oyun cəzalanır, klub 200 manat cərimə edilir (maddə 47.1).
"Səbail” – "Sabah” oyunu başa çatdıqdan sonra "Sabah” klubunun baş məşqçisi Murad Musayev ikinci sarıdan qırmızı vərəqə aldığına görə 1 oyun cəzalanır, klub 800 manat cərimə edilir (maddə 47.3).
"Səbail” – "Sabah” oyunu başa çatdıqdan sonra meydançaya kənar şəxslər daxil olduğuna görə "Səbail” klubu 1600 manat cərimə edilir (maddə 49.2).
"Qarabağ” – "Kəpəz” oyunu başa çatdıqdan sonra meydançaya kənar şəxslər daxil olduğuna görə "Qarabağ” klubu 1600 manat cərimə edilir (maddə 49.2).
Səbuhi Həsənov