İdman 12:50 29.06.2022

"Sabah"ın futbolçusu Tovuz klubunda

"Turan Tovuz" heyətini daha bir futbolçu ilə gücləndirib.
 
Qaynarinfo xəbər verir ki, klub "Sabah"dan Veysəl Rzayevi transfer edib. Bakı klubunun futbolçusu icarə əsasında bir il bölgə təmsilçisinin formasını geyinəcək. 
 
"Sabah”a məxsus olan yarımmüdafiəçi 2019-20-ci illər mövsümündə "Turan Tovuz"da oynayıb. O, Tovuz təmsilçisi ilə Birinci Divizionun qalibi adını qazanıb.
 
"Turan Tovuz" buna qədər "Şamaxı”dan ayrılan Kamal Bayramov, Tərlan Quliyev, Şəhriyar Əliyev, o cümlədən, "Sumqayıt”la vidalaşan Tərlan Əhmədlini də heyətinə qatıb. Hər bir futbolçu ilə növbəti mövsümün sonuna qədər müqavilə bağlanılıb.

Səbuhi Həsənov