Xəbər lenti

"Sabah"ın məşqçilərinin Latviyaya giriş məsələsi necə həll olunub? (AÇIQLAMA)
İdman08:11 26.07.2023

"Sabah"ın məşqçilərinin Latviyaya giriş məsələsi necə həll olunub? (AÇIQLAMA)

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
"Sabah" Latviya təmsilçisi RFŞ-lə keçirəcəyi Konfrans Liqası matçı öncəsi klubdakı rusiyalı məşqçilərin Latviyaya buraxılmaması ilə bağlı problemlər üzə çıxmışdı. Ancaq məsələ həllini tapıb.
Bu barədə klubun mətbuat katibi Elnur Həmidov məlumat verib. O, Qaynarinfo-ya açıqlamasında, "Bəli, məsələ yoluna qoyulub. Rusiya vətəndaşı olan məşqçilərimizdə Avropa İttifaqı ölkələrinə giriş imkanı verən "Şengen" vizası var", deyib.
Latviyada "Şengen" vizası olmayan Rusiya vətəndaşlarının ölkəyə girişi qadağan edilib. Bu səbəbdən "Sabah"ın heyətində yer alan məşqçilərin Latviyaya girişi ilə bağlı narahatlıqlar yaranmışdı. Komandanın baş məşqçisi Murad Musayevlə yanaşı, onun dörd köməkçisi - Artur Olenin, Vitali Korneyev, Aleksey Malaxov və Aleksandr Pançukun da Rusiya vətəndaşlığı var. Latviya ötən ilin iyunundan "Rusiya daxilindəki qeyri-müəyyən siyasi vəziyyətə görə" bu ölkənin vətəndaşlarına viza verməyi dayandırıb.
UEFA Konfrans Liqasının ikinci təsnifat mərhələsində baş tutacaq RFŞ - "Sabah" matçının start fiti bu gün Bakı vaxtilə 20.00-da Yurmala şəhərindəki "Sloka" stadionunda səsləndiriləcək.
Səbuhi Həsənov