AFFA-nın İntizam Komitəsinin növbəti iclası keçirilib.
Qaynarinfo qurumun rəsmi saytına istinadən xəbər verir ki, Premyer Liqanın 17-ci turuna həsr olunmuş iclasda aşağıdakı qərarlar çıxarılıb.
"Kəpəz” – "Sabah” oyununda "Sabah” komandasının 29 nömrəli oyunçusu Ceyhun Nuriyev oyunun 90-cı dəqiqəsində təcavüzkar davranışa görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçuya 3 aylıq sınaq müddəti təyin olunsun, ümumilikdə 4 oyun olmaqla, 2 oyun şərti və 2 oyun cəzalandırılsın, klub 3200 manat cərimə edilsin (maddə 37.3).
"Kəpəz” – "Sabah” oyununda "Sabah” komandasının qapıçılar üzrə məşqçisi Vitali Kovalyov hakimlərə qarşı etiraza görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalandırılsın və klub 800 manat cərimə edilsin (maddə 47.3).
"Turan Tovuz” – "Neftçi” oyununda "Neftçi” komandasının 4 oyunçusu sarı vərəqə ilə cəzalandığına görə klub 800 manat cərimə edilsin (maddə 39.).
Səbuhi Həsənov