İdman 15:55 28.07.2022

"Sabah" Kipr klubu ilə qarşılaşacaq

Bolqarıstanın Bansko şəhərində təlim-məşq toplanışını davam etdirən "Sabah”ın hazırlıq çərçivəsində keçirəcəyi son yoxlama oyunundakı rəqibin adına aydınlıq gəlib.

Qaynarinfo klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, Bakı klubu Kiprin yüksək liqa təmsilçisi "Nea Salamina” ilə qarşılaşacaq. Görüş iyulun 30-da Bakı vaxtı ilə saat 19:30-da başlayacaq.

İyulun 17-dən Banskoda təlim-məşq toplanışında olan komandamız bu günə kimi hazırlıq çərçivəsində İsrailin "Hapoel Hadera” (0:1) və Kiprin "Akritas Xlorakas” (2:3) klubları ilə qarşılaşıb. Bolqarıstan toplanışına iyulun 31-də yekun vurulacaq.
 
Səbuhi Həsənov