Xəbər lenti

"Sabah"la "Neftçi"yə eyni problemə görə xəbərdarlıq edildi
İdman11:46 13.12.2023

"Sabah"la "Neftçi"yə eyni problemə görə xəbərdarlıq edildi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
AFFA-nın İntizam Komitəsinin növbəti iclası keçirilib.
Qaynarinfo-nun məlumatına görə, iclasda Azərbaycan Premyer Liqasının 16-cı turu çərçivəsində yol verilən qayda pozuntuları ilə bağlı aşağıdakı qərarlar çıxarılıb. 
"Qəbələ” – "Kəpəz” oyununun 49-cu dəqiqəsində "Qəbələ” klubunun 7 nömrəli futbolçusu Emil Səfərov ikinci sarıdan qırmızı vərəqə aldığına görə 1 oyun cəzalanır, "Qəbələ” klubu 500 manat cərimə edilir (maddə 36.5);
"Sabah” – "Səbail” oyununda hesab tablosu işləmədiyinə görə "Sabah” klubuna xəbərdarlıq edilir (maddə 11);
"Sabah” – "Səbail” oyununa Təcili Tibbi Yardım avtomobili təyin edilmiş vaxtdan gec gəldiyinə görə "Sabah” klubu 1000 manat cərimə edilir (maddə 72.4);
"Neftçi” – "Turan Tovuz” oyununda hesab tablosu işləmədiyinə görə "Neftçi” klubuna xəbərdarlıq edilir (maddə 11);
"Neftçi” – "Turan Tovuz” oyunu bitdikdən sonra meydançaya kənar şəxslər daxil olduğuna görə "Neftçi” klubu 800 manat cərimə edilir (maddə 51.2);
Səbuhi Həsənov