Xəbər lenti

"Sabah" "Neftçi"ni məğlub etdi, ilkə imza atdı
İdman07:40 22.11.2021

"Sabah" "Neftçi"ni məğlub etdi, ilkə imza atdı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Premyer Liqanın XI turu "Sabah”ın tarixində ilk dəfə "Neftçi”ni məğlub etməsi ilə əlamətdar olub.
 
Qaynarinfo PFL-in rəsmi saytına istinadən xəbər verir ki, bu, komandalar arasında 13-cü dueldə gerçəkləşib. "Sabah” 2 heç-heçə edib, 10 dəfə uduzduğu rəqibini 2:1 hesabı ilə məğlubiyyətə uğradıb.
Bu, Azərbaycan çempionatları tarixində 9 ən uzun analoji seriyadan biri idi. Mütləq rekord "Zirə”yə 24 matçda uduzmayan "Qarabağ”a məxsusdur. "Kəpəz” MOİK-lə 22, "Neftçi” "Şəfa” ilə 17, "Turan” "Kür-Nur”la 16, "Keşlə” MOİK-lə 14 qarşılaşmanın heç birində uduzmayıb. Üç dueldəki seriya isə 12-yə bərabərdir. "Keşlə” "Rəvan”, "Kəpəz” Bərdə "Pambıqçı”sı, "Qarabağ” "Sabah”a qarşı keçirdiyi 12 görüşün hamısında xal qazanıb.
Səbuhi Həsənov