Xəbər lenti

Sabah qar yağacaq, Bakıda temperatur 4 dərəcə düşəcək
Ölkə09:22 21.11.2017

Sabah qar yağacaq, Bakıda temperatur 4 dərəcə düşəcək

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Sabah Azərbaycanda müşahidə olunacaq hava proqnozu açıqlanıb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Hidrometeorologiya Departamentindən "Qaynarinfo"ya verilən məlumata görə, noyabrın 22-də Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.
Lakin axşam bəzi yerlərdə yağış yağacağı ehtimalı var. Mülayim cənub-qərb küləyi gündüz güclü şimal-qərb küləyi ilə əvəz olunacaq. 
Havanın temperaturu Abşeronda gecə 10-13° isti, gündüz 13-16° isti, Bakıda gecə 10-12° isti, gündüz 13-15° isti olacağı gözlənilir.
Atmosfer təzyiqi 753 mm civə sütunundan 763 mm civə sütununa yüksələcək. Nisbi rütubət 70-80 % olacaq.
Sabah Azərbaycanın qərb rayonlarından başlayaraq arabir yağış yağacağı gözlənilir. Bəzi yerlərdə intensiv olacağı, şimşək çaxacağı, dağlıq və dağətəyi rayonlarda sulu qar, qar yağacağı ehtimalı var. Ayrı-ayrı yerlərdə duman olacaq. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.
Havanın temperaturu gecə 5-10° isti, gündüz 13-17° isti, dağlarda gecə 1-6° isti, gündüz 6-10° isti olacağı gözlənilir. 
Qaynarinfo.Az