Xəbər lenti

"Sabah" Qarabağ"a qalib gəldi
İdman21:41 18.04.2026

"Sabah" Qarabağ"a qalib gəldi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Misli Premyer Liqasında XXVIII turun daha bir oyunu keçirilib.
Qaynarfino-nun məlumatına görə, günün ikinci matçında "Qarabağ" "Sabah"la üz-üzə gəlib.
Tofiq Bəhramov adına Respublika stadionundakı qarşılaşma Masazır təmsilçisinin qələbəsi ilə yekunlaşıb - 1:0.
45-ci dəqiqədə Abdulla Xaybullayev fərqlənib. Yarımmüdafiəçi 46-cı dəqiqədə qırmızı vərəqə alaraq meydandan qovulub.
Xallarının sayını 69-a çatdıran "Sabah" çempionluğa daha da yaxınlaşıb. İkinci sıradakı "Qarabağ"ın 56 xalı var. Ağdam klubunun ehtiyatda bir matçı qalıb.
Günün ilk görüşündə "Karvan-Yevlax" "Şamaxı"nı minimal hesabla üstələyib - 1:0.
Xatırladaq ki, tura aprelin 19-da yekun vurulacaq. Ötən gün "Turan Tovuz" "Araz-Naxçıvan"ı üç cavabsız qolla üstələyib. "Zirə" - "Neftçi" matçında qalib müəyyənləşməyib - 1:1.